|
24.02.2005
VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARINI MÜDAFİƏ LİQASI
2005-ci İL ÜZRƏ MALİYYƏ HESABATININ XÜLASƏSİ
VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARINI MÜDAFİƏ LİQASI 1997-ci ilin iyun ayında təsis olunub. 2000-ci ilin mart ayının 18-də Ədliyyə Nazirliyinin Kollegiyası tərəfindən qeydə alınıb.
Liqa qeyri-hökumət, qeyri-siyasi və qeyri-kommersiya təşkilatıdır. Liqanın əsas məqsədi iqtisadi və sosial hüquqların təlimi və müdafiəsidir. Təşkilatın büddəcəsi 100 % xarici donorların vəsaiti hesabına formalaşır. Təşkilat bütün maliyyə əməliyyatlarını bank hesabları vasitəsi ilə həyata keçirir və dövlət orqanlarına və donor təşkilatlara hesabatlar təqdim edir. Təşkilatın maliyyə-təsərrüfat fəaliyyəti tam şəfafdır. İstənilən hüquqi və fiziki şəxs təşkilatın proqramm və maliyyə fəaliyyətinə dair məlumatı təşkilata müraciət etməklə əldə edə bilər. Liqanın faktiki ünvanı: Bakı şəhəri AZ 1007, Koveriçkin küçəsi 30, (ABŞ səfirliyi ilə üzbəüz) 3-cü mərtəbə Telefon: 440 06 57 e-mail: clrpl@bakinter.net www.clrpl.org
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının 2005-ci il üzrə maliyyə daxilolmaları aşağıdakı layihələrdən olmuşdur Cənubi Qafqaz hüquq müdafiə təşkilatlarının əməkdaşlığı region yollarında sürücülərin hüquqlarının müdafiəsində effektiv metoddur (01 oktyabr 2003- 30 sentyabr 2004) Donor: Amerika Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Regional Nümayəndəliyi Total neft əməliyyatları zamanı sosial risklərin azaldılması (01 mart 2004-28 fevral 2005) Donor: Açıq Cəmiyyət İnstitutu- Yardım Fondu Əmək hüquqları üzrə hüquqi yardım mərkəzinin yaradılması və «əmək münasibətlərini tənzimləyən sənədlər» adlı soraq kitabının hazırlanması (01 noyabr 2004- 30 oktyabr 2005) Donor: Amerika Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Azərbaycan Nümayəndəliyi 2005-ci ildə təşkilatın büdcəsi aşağıdakı şəkildə formalaşmışdır: 24572417 manat, yaxud 5000 ABŞ dolları 2003-cü ildən qalıq; İl ərzində daxil olub: 206 880 154 manat, yaxud 42084 ABŞ dolları İl ərzində cəmi vəsait 231 452 571 manat, yaxud 47084 ABŞ dolları İl ərzində məxaric: Qalıq: Həmin vəsait üzrə əmək haqqı, fiziki şəxslərdən gəlir vergisi və Dövlət Sosial Müdafiə Fonduna ödəmələr aşağıdakı şəkildə olmuşdur: Əmək Haqqı və qonorarlar 132 411 988 manat, yaxud 17 888 ABŞ dolları; Gəlir vergisi 9 277 189 manat, yaxud 1887 ABŞ dolları; DSMF- ə sosial ödəmə 13 453 231 manat, yaxud 1722 ABŞ dolları Digər vəsaitlər proqramm məqsədlərinə və digər vergilərin ödənilməsinə sərf olunmuşdur. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası həmçinin BTC üzrə monitorinq keçirən qurupların birinin maliyyə vəsaitini də öz bank hesabına qəbul etmişdir. Həmin vəsaitə dair qısa məlumat: Daxil olan vəsait 53 988 000 manat, yaxud 11 000 ABŞ dolları Həmin vəsait üzrə əmək haqqı, fiziki şəxslərdən gəlir vergisi və Dövlət Sosial Müdafiə Fonduna ödəmələr aşağıdakı şəkildə olmuşdur: Əmək Haqqı və qonorarlar 39 856 749 manat, yaxud 8121 ABŞ dolları; Gəlir vergisi 5 614 128 manat, yaxud 1144 ABŞ dolları; DSMF- ə sosial ödəmə 13 453 231 manat, yaxud 2741 ABŞ dolları Digər vəsaitlər proqramm məqsədlərinə və digər vergilərin ödənilməsinə sərf olunmuşdur.
|