Əmək qanunvericiliyinə dair məlumatınız nə səviyyədədir?
Təşkilatın nizamnaməsi
20.06.2003
VƏTƏNDAŞLARIN ƏMƏK HÜQUQLARINI MÜDAFİƏ LİQASININ NİZAMNAMƏSİ
1.ÜMUMİ MÜDDƏALAR
1.1. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası (bundan sonra VƏHML) qeyri-siyasi, qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır və öz fəaliyyətində Azərbaycan Respublikası Konstitusiyasını, “İctimai birliklər haqqında”Azərbaycan Respublikası qanunu və bu nizamnaməni əsas göturur.
1.2. VƏHML Azərbaycan Respublikası vətəndaşlarının könüllü birliyi əsasında yaradılır və öz fəaliyyətində demokratik prinsipləri əsas götürür.
1.3. VƏHML hüquqi şəxsdir onun dairəvi möhürü, ştampı, firma blankı, eiblemi, manatla və valyuta ilə hesablaşma hesabı, digər rekvizitləri vardır.
1.4. VƏHML-in hüquqi ünvanı: Bakı şəhəri 370006, Nərimanov küç.11/16
2. VƏHML-in MƏQSƏD VƏ VƏZİFƏLƏRİ, FƏALİYYƏT İSTİQAMƏTLƏRİ.
2.1 VƏHML-in əsas məqsədi Azərbaycan Respublikasında işçilərlə işəgötürənlər arasında milli qanunvericiliyi və beynəlxalq normalara uyğun əmək münasibətlərinin formalaşmasına yardım etmək bu sahədə geniş kütlələr içərisində maarifləndirmə işi aparmaqdır. VƏHML öz fəaliyyətində həmkarlər ittifaqının kompitensiyasına daxilolan konkret fəaliyyətlə məşğul olmur.
2.2 Yuxarıda göstərilən məqsədləri həyata keçirmək məqsədi ilə VƏHML aşağıdakı vəzifələri həyata keçirir
Vətəndaşlar arasında əmək hüququna dair maarifləndirmə işi aparır.
Vətəndaşların əmək hüquqlarının ümumi vəziyyətinə dair məlumatlar və hesabatlar hazırlayaraq ictimayətə və maraqlı orqanlara çatdırır.
Qanunvericiliyə və nizamnaməyə uyğun digər fəaliyyətlə məşğul olur.
3. VƏHML-də ÜZVÜLÜK . ÜZVLƏRİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
3.1 VƏHML-də fərdi və kollektiv üzvlük mövcuddur.
-VƏHML-in nizamnaməsi ilə tanış olan və onu qəbul edən, Azərbaycan Respublikasında yaşayan hər bir kəs ərizə ilə VƏHML orqanlarına müraciət edərək onun fərdi üzvü ola bilər
-Fəaliyyət dairəsi VƏHML-in nizamnaməsinə və prinsiplərinə zidd olmayan qeyri-hökumət və qeyri siyasi təşkilatlar VƏHML-in üzvü ola bilər bünun üçün həmin təşkilatın rəhbər orqanın qərarı və müraciəti zəruridir.
3.2. VƏHML üzvlərinin aşağıdakı hüquqları vardır.
-VƏHML-in bütün tədbirlərində iştirak etmək, onun seçkili orqanlarına seçmək və seçilmək.
-VƏHML-in kollektiv üzvləri yuxarıda göstərilən hüquqlarla yanaşı VƏHML icariyə komitəsinə bir nəfər səlahiyyətli nümayəndə təyin etmək hüququna malikdir.
3.4. VƏHML üzvlərinin vəzifələri:
-nizamnaməyə və VƏHML orqanlarının qərarlarına əməl etmək
-VƏHML-in tədbirlərində fəal iştirak etmək.
3.5. VƏHML üzvlüyünə aşağıdakı hallarda xitam verilir:
-Təşkilat ləğv edildikdə
-Üzv özü könüllü olaraq təşkilat üzvlüyündən çıxdıqda
-Üzvlükdən azad edildikdə.
Üzvlükdən azad edilmə yalnız ciddi nizamnamə pozuntusuna yol verildikdə, İcraiyyə Komitəsinin yekdil qərarı ilə həyata keçirilir.
4.1 VƏHML-in ali orqanı iki ilədə bir dəfə çağırılan ümumi yığıncaq və ya konfrasdır. İcariyyə komitəsinin və nəzarət komissiyasının birgə qərarı və ya üzvlərin yarıdan çoxunun tələbi ilə növbədən kənar ümumi yığıncaq vəya konfrans çağrıla bilər.
4.2 Ümumi yığıncaq və ya konfrans aşağıdakı məsələri həll edir:
- İcraiyyə Komitəsinin fəaliyyətinə dair icraiyyə komitəsi sədrinin hesabatını dinləyir və qiymət verir;
- Nəzarət komissiyasının hesabatını dinləyir və qiymət verir;
- Nizamnaməni qəbul edir ona əlavə və deyişikliklər edir;
-İcraiyyə komitəsinin seçiklik üzvlərinin və nəzarət komissiyasını seçir;
- Təşkilatın fəaliyyətinə xitam verilməsinə və onun əmlakının taleyinin müəyyənləşdirilməsinə dair qərar qəbul edir;
- Qanunvericiliyə və nizamnaməyə uyğun olan digər qərarları qəbul edir.
4.3 Ümumi yığıncaq üzvlərin yarıdan çoxu, konfrans isə nümayəndələrin üçdə ikisi iştirak etdikdə çsəlahiyyətli hesab olunur. Ümumi yığıncaq və ya konfras səsvermə qaydasını özü müəyyən edir. İştarikçıların yarıdan çoxu səs verdikdə qərarlar qəbul olunmuş hesab olunur. Təşkilatın fəaliyyətinə xitam verilməsinə taleyinin həll olunmasına dair qərara yığıncaq və ya konfrans iştirakçılarının üçdə ikisi səs verdikdə qərar qəbul olunmuş hesab olunur.
4.4 Ümumi yığıncaqlar və ya konfranslar arası dövrdə VƏHML-in fəaliyyətinə İcraiyyə komitəsinə rəhbərlik edir.
4.5 İcraiyyə komitəsinin tərkibi VƏHML-in ümumi yığıncağında və ya konfransında iki il müddətinə seçilir. Kollektiv üzvlər icraiyyə komitəsinə öz nümayəndələrini təyin edir.
4.6 Üzvlərin yarıdan çoxunun təşəbbüsü ilə növbədən kənar yığıncaq və ya konfrans keçirilə bilər və icraiyyə komitəsinin seçilən üzvlərinin geri çağırıla bilər. Təyin olunan icraiyyə komitəsi üzvlərinin geri çağırılmasının onu təyin edən təşkilat həyata keçirir.
4.7 İcraiyyə komitəsinin səlahiyyətləri aşağıdakılardır.
- VƏHML-in ümumi fəaliyyətinə rəhbərlik edir
- VƏHML-in fəaliyyətinin əsas istiqamətlərini müəyyənləşdirir.
- VƏHML adından bəyanatlar verilir.
- İcraiyyə komitəsinin sədrini seçir və hesabatını dinləyir.
- VƏHML- icraiyyə komitəsi sədrinin imzaladığı müqavililirə, o cümlədən digər təşkilatlarla əməkdaşlıq və üzviliyə dail sənədləri təsdiq etmək
4.8 İcraiyyə komitəsinin iclasları zərurət olduqdu, lakin iki ayda bir dəfədən gec olmamaq şərtilə icraiyyə komitəsinin sədri tərəfindən çağrılır. İcraiyyə komitəsi üzvlərinin yarısının və ya nəzarət orqanının tələbi ilə növbədən kənar iclas da çağrıla bilər. İcraiyyə komitəsi üzvlərinin yarıdan çoxu iştirak etdikdə iclas səlahiyyətli hesab olunur. Səsvermə qaydasının icraiyyə komitəsi özü müəyyən edir. İştirakçıların yarıdan çoxu səs verdikdə qərarlar qəbul olunmuş hesab olunur.
4.9 İcraiyyə Komitəsi öz üzvləri sırasından İcraiyyə Komitəsinin sədrini seçir.
- İcraiyyə komitəsinin sədri VƏHML-in maliyyə- təsərrüfat fəaliyyətinə rəhbərlik edir, aparatını təşkil edir, ştat cədvəlini müəyyənləşdirir və onu digər təşkilatlarda təmsil edir.
4.10 İcraiyyə komitəsi sədrinin səlahiyyət müddəti İcraiyyə Komitəsinin seçikili üzvlərinin səlahiyyət müddəti ilə eynidir.
İcraiyyə Komitəsi üzvlərinin 2/3 səs çoxluğu ilə İcraiyyə Komitəsinin sədri vaxtından qabaq geri çağrıla bilər.
4.11 İcraiyyə komitəsinin sədri olmadıqda icraiyyə komitəsinin üzvlərindən biri komitənin qərarı ilə onu əvəz edir.
5. VƏHML-in NƏZARƏT KOMİSSİYASI
5.1. VƏHML-in nəzarət komissiyası ümumi yığıncaqda iki il müddətinə seçilir. Növbədən kənar yığıncaq nəzarət komissiyasının vaxtından qabaq geri çağıra bilər.
5.2. Nəzarət komissiyası VƏHML-in bütün orqanlarının üzərində nəzarət funksiyasının həyata keçirir.
5.3. Nəzarət komissiyasının iclaslarına üzvlərdən biri n.vbəlilik prinsipi əsasında sədrilik edir.
6. VƏHML-in VƏSAİTİ və Əmlakı. Onun əmələ gəlmə mənbələri.
6.1 VƏHML-in əmlakı və maliyyə vəsaiti üzvlərinin verdiyi üzvlük haqqları, ayrı-ayrı şəxslərin və fondların könüllü ayrılmaları hesabına toplanır.
6.2 Aylıq üzvlüq haqqı fərdi üzvlər üçün Respublikadan müəyyən olunmuş minimum əmək haqqı onda biri həcmində, kollektiv üzvlər üçün isə minimum əmək haqqının miqdarı həcmində müəyyən olunur.
7. VƏHML-in BEYNƏLXALQ ƏLAQƏLƏRİ
7.1 VƏHML-in qanunvericiliyə və nizamnaməyə uyğun olaraq beynəlxalq təşkilatlarla əməkdaşlıq edir.
8. VƏHML-in NİZAMNAMƏSİNİN QƏBULU, ONA ƏLAVƏ VƏ DƏYİŞİKLİKLİYİ EDİLMƏSİ. VƏHML-in FƏALİYYƏTİNƏ XİTAM VERİLMƏSİ və Əmlakının TALEYİ
8.1 VƏHML-in Nizamnaməsi ümumi yığıncaqda , yaxud konfransda qəbul edilir. Nizamnaməyə əlavə və dəyişikliklər ümumi yığıncaq və ya konfras tərəfindən həyata keçirilir.
8.2 VƏHML-in fəaliyyətinə onun yığıncağında xitam verilə bilər. Qərar yığıncaq iştirakçılarının 2/3 səs çoxluğu ilə qəbul olunur.
8.3 VƏHML-in fəaliyyətinə xitam verən orqan onun əmlakının taleyi ilə bağlı əqərar qəbul edir. Təşkilat ləğv olunduqda onun əmlakı və pul vəsaitləri ümumi yığıncağın və ya konfransın qərarı ilə fəaliyyəti və məqsədləri VƏHML-in fəaliyyət və məqsədləri ilə üst-üstə düşən qeyri-hökumət təşkilatlarından birinə verilir.