AZ - EN

 
 
  Haqqımızda
 
  Layihələr
  Donorlar
 
  Nizamnamə
 
  Əlaqə
 
  Sənədlər
 
  Əmək qanunverciliyi
  Qanunlar
 
  Qərarlar
 
  Qaydalar
 
  Nümunə sənədlər
 
  Beynəlxalq normalar
 
  Məruzə və məqalələr
 
  Nəşrlər
 
  Linklər
 
  Foto qaleriya
 
  Monitorinq
 

 

  Elanlar
 
 

 

  Sorğu
 
 
Əmək qanunvericiliyinə dair məlumatınız nə səviyyədədir?

Pis
Yaxşı
Orta
Məlumatım yoxdur
 



 

 
  Azərbaycan Respublikasında daşınmaz əmlak
27.06.2007

 Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Bakı ofisinin maliyyə dəstəyi ilə 15 may 2007-ci il tarixindən başlayaraq

Azərbaycan Respublikasında daşınmaz əmlak” adlı layihənin icrasına  başlamışdır.

Layihə çərçivəsində ölkədə daşınmaz əmlaka olan mülkiyyət hüququnun əldə edilməsi, mülkiyyətin özgəninkiləşdirilməsi, daşınmaz mülkiyyətə olan hüququn rəsmiləşdirilməsi, o cümlədən reyestrinin həyata keçirilməsi zamanı ölkə  Konstitusiyasının 29-cu, İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsi Haqqında Avropa Konvensiyasına əlavə olunan 1 saylı Protokolun 1-ci maddəsində, Mülki Məcəllədə və digər normativ aktlarda əks olunmuş hüquqlara əməl olunma vəziyyətinin monitorinqi həyata keçiriləcəkdir. Monitorinq zamanı əldə ediləcək nəticələr əsasında yekun monitorinq hesabatı və tövsiyyələr hazırlanacaqdır.

 

27 iyun 2007-ci il tarixində  ATƏT-in Baki ofisində “Azərbaycan Respublikasında yaşayış sahələrinin hüquqi rejimi: Qanunvericilik və onun tətbiqi” mövzusunda  “Dəyrimi masa”

keçirilmişdir. “Dəyrimi masa”da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin, Bakı şəhər İcra Hakimiyyətinin müvafiq struktularının məsul işçiləri  və praktiki fəaliyyətlə məşğul olan vəkillər, QHT nümayəndələri iştirak etmişdir.

Tədbirdə ATƏT-in Bakı ofisinin məsul işçiləri Andreas Buş və Məhəmməd Quluzadə də iştirak etmişdir.

Andreas Buş həyata keçirilən layihənin aktuallığını, bu sahə üzrə ölkədə ilk dəfə monitorinq keçirildiyin vurqulamış və bildirmişdir ki, müvafiq dövlət qurumlarının və praktiki fəaliyyətlə məşğul olan  ekspertlərinin fikirləri   və tövsiyyələri hesabatın hazırlanmasında müsbət rol oynaya bilər.

Sonra layihə üzrə digər ekspertlər Əlməmməd Nuriyev və İsaməddin Xamoyev Respublikada  yaşayış sahələrinin hüquqi rejimi, praktikada olan problemlər barədə ümumi məlumat vermişlər. Dəyrimi masa iştirakçıları diskussiyalarda fəal iştirak edərək yaşayış sahələrinin əldə edilməsi, özgəninkiləşdirilməsi, reyestri və s. məsələlərlə bağlı maraqlı fikirlər irəli sürmüş və tövsiyyələr vermişlər.

Dövlət qurumlarının nümayəndələri və müstəqil ekspertlər hesabatin hazirlanması üçün zəruri olan   yardımı etməyə hazır olduqlarını bildirmişlər.

Layihə çərcivəsində keçiriləcək növbəti dəyrimi masalarda qeyri-yaşayıs və torpaq sahələrinin hüquqi rejimi, bu shələrlə bağlı qanunvericilik və onun tətbiqi problemləri müzakirə olunacaqdır.

 

VƏHML   İnformasiya Xidməti

 

              

 


 


  Qısa xəbər
 
 

 

© Copyright Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası - www.clrpl.org
Site by NurD Design

return_links(); ?> return_links(); ?>