AZ - EN

 
 
  Haqqımızda
 
  Layihələr
  Donorlar
 
  Nizamnamə
 
  Əlaqə
 
  Sənədlər
 
  Əmək qanunverciliyi
  Qanunlar
 
  Qərarlar
 
  Qaydalar
 
  Nümunə sənədlər
 
  Beynəlxalq normalar
 
  Məruzə və məqalələr
 
  Nəşrlər
 
  Linklər
 
  Foto qaleriya
 
  Monitorinq
 

 

  Elanlar
 
 

 

  Sorğu
 
 
Əmək qanunvericiliyinə dair məlumatınız nə səviyyədədir?

Pis
Yaxşı
Orta
Məlumatım yoxdur
 



 

 
  Hacqabul Rayon Məhkəməsində möcüzə baş vermədi
25.06.2007

 

Hacıqabul rayon Məhkəməsində hakim Elxan Əmrəliyevin sədrliyi ilə  Gülsüm Məmmədovanın  və başqalarının bp Azərbaycan şirkətinə, Dövlət Neft Şirkətinə və Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinə qarşı “Torpağa olan mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması, istifadə imkanı verilməməsi nəticəsində dəymiş zərərin kompensasiya edilməsi və əldən çıxmış faydanın ödənilməsinə dair ” iddiası üzrə 2007-ci ilin may ayının əvvəlindən başlanmış  məhkəmə prosesi 25 iyun 2007-ci il tarixində keçirilən məhkəmə iclasında qətnamənin qəbul olunması ilə başa çatmışdır.

Xatırladırıq ki, Xəzər hövzəsindən hasil olunan neftin qərb və şimal istiqamətində axıdыlması üçün nəzərdə tutulan Bakı-Subsa və Bakı-Novorossiyski neft kəmərlərinin operatoru bp şirkəti və kəmərləri mühafizə xidməti 10 ildən artıq bir vaxt ərzində 7200 nəfərdən artıq torpaг mülkiyyətçisinin öeyli hissəsinə onlara məxsus olan  torpaqlardan istifadə etməyə imkan vermir. Həmin torpaq sahələrindən adı gedən neft kəmərləri keçir. Torpaq mulkiyyətçilərinə hec bir kompensasiya verilməmişdir. Bu muddət ərzində bir çox mulkiyyətcilər torpaq sahələrindən heç bir   məqsəd üçün istifаdə edə bilməmişlər.

Vənəndaşların Əmək Huquqlarını Mudafiə Liqası Hacqabul rayonunun 15 nəfər torpaq mülkiyyətçisinin hüquqlarının müdafiəsi məqsədi ilə 2006-cı ilin sentyabr ayında məhkəməyə iddia təqdim etmişdir. Birinci instansiya məhkəməsində 1 ilə yaxin müddətdə  davam edən məhkəmə proseslərində cababdeh tərəflərdən heç biri mülkiyyətmilərə kompensasiyalaın verilməli olmadığını bildirməmişlər. Cavabdehlər yalnız təmsil etdikləri qurumların pozitsiyasını müdafiə etmiş və bildimişlər ki, kompensasiyanı onlar verməli deyillər.

Məhkəməyə ekspert qismində dəvət olunmuş Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinin Hacqabul rayon bölməsinin mütəxəssisi xəritə vasitəsi ilə torpaqların mülkiyyətçilərə məxsus olmasını əyani şəkildə sübut etmişdir.

Hacqabul rayon məhkəməsində hakim məhkəmə çəkişməsini təmin edə bilməmişdir. Əsas cavabdehlərdən biri- Dövlət Torpaq və Xəritəcəkmə Komitəsi nümayişkəranə surətdə məhkəməyə gəlməkdən imtina etmişdir. Hakim cavabdehin məhkəməyə gəlməsi üçün heç bir prosessual hərəkətlər etməmişdir.

2003-cü ildə mülkiyyətçiləri servitud müqaviləsi bağlamağa məcbur etmiş bp şirkətinin əməkdaşlari və yerli hakimiyyət orqanlarının nümayəndələri məhkəməyə şahid qismində gəlməkdən imtina etmişdir. Baxmayaraq ki, həmin şəxslərin məhkəməyə şahid qismində çağırılması barədə iddaçıların vəsadəti hakim tərəfindən təmin olunmuşdur.

25 iyun 2007-ci il tarixində keçirilən məhkəmə iclasında hakim, prosesi məhkəmə çixişları ilə başlamış, çıxışları və replikaları dinləyərək  muşavirə otaqina getmiş və bir neçə dəqiqədən sonra qayıdaraq qətnaməni elan etmişdir.

Hakim iddia üzrə tələblərdən heç birini təmin etməmişdir. Hakim hətta bütün cavabdehlərin birmənalı şəkildə təstiq etdikləri faktı- iddiaçıların torpağa olan mülkiyyət hüququnu belə təstiq etməmişdir.

Beləliklə məhkəmə bp, Dövlət neft şirkəti və   Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinə qarşı qaldırılmış iddianı təmin etməmişdir.

Vənəndaşların Əmək Huquqlarını Mudafiə Liqası mülkiyyətçilərin hüquqlarını təmin etmək istiqamətində səylərini davam etdirəcəkdir. Yaxin günlərdə mülkiyyətçilərin adından apelliyasiya şikayəti təqdim ediləcəkdir.

Ölkə daxilində mülkiyyətçilərin hüquqları təmin olunmasa Avropa Məhkəməsinə şikayət təqdim olunacaq.

 

VƏHML  İnformasiya Xidməti

 


 


  Qısa xəbər
 
 

 

© Copyright Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası - www.clrpl.org
Site by NurD Design