|
23.06.2007
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Ölkə Konstitusiyasının 49-cu, İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 11-ci maddələrin
Əsas götürərək 23 may 2007-ci il tarixində Bakı şəhər İcra Hakimiyyətinə piket kecirməklə bağlı xəbərdarlıq məktubu göndərmişdir. Xəbərdarlıq məktubunda təskilat ölkədə söz azadlığına qarşı təzyiqlərə etiraz etmək, həmçinin Cinayət Məcəlləsindən təhqirə və böhtana gorə nəzərdə tutulan maddələrin çıxarilması üçün tələblər irəli sürmək məqsədi ilə “Sabir”adına bağda piket kecirmək niyyətində olduöunu bildirmişdir.
30 may 2007-ci il tarixində keçirilməsi nəzərdə tutulan piketə Bakı şəhər İcra Hakimiyyəti qadağa qoymuşdur. Qadağani hec bir qanunla əsaslandırmayan icra hakimiyyəti təşkilata piket keçirmək əvəzinə “sivil dialoq üsulundan istifadə etməyi” məsləhət görmüşdür. İcra hakimiyyəti qadğa məktubunu təşkilata piketin keçirilməsinə 1 gün qalmış təqdim etmişdir.
Absurd qərarla razılaşmayaraq Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası Bakı şəhər icra hakimiyyətinin qərarının ləğv edilməsi tələbi ilə Bakı şəhər Səbayel rayon məhkəməsinə 30 may 2007-ci il tarixində idda ərizəsi təqdim etmişdir.
“Sərbəst toplaşma azadlığı haqqında” Qanunun 11-ci maddəsinə gorə şikayətə 3 gün ərzində baxilmalı idi. Lakin Səbayel rayon Məhkəməsinin hakimi Yusif Kərimov prosessual normaları pozaraq iddiaya 12 iyun 2007-ci il tarixində baxmiş, heç bir ciddi əsas göstərmədən iddianın geri qaytarılmasına dair qərardad qəbul edərək 18 iyun tarixli məktubla onu təşkilatın ünvanına qaytarmışdır.
Qərardaddan görünür ki, hakim iddianı oxumamışdır. Analoji iddiaları ənənəvi olaraq geri qaytaran hakim Yusif Kərimov hətta əvvəllərdə qəbul etdiyi qərardadlarin məzmununda dəyişiklik etmədən yalniz tarixi və iddiaçının adına dəyişiklik etməklə kifayətlənmişdir.
Əslində hakim iddiani təmin etməmək barəda də qərar qəbul edə bilıərdi. İddianı geri qaytarmaqla hakim ölkədaxili proseduraları keçməklə Avropa Məhkəməsinə müraciət etmk persperktivinin qarşısını almaq məqsədi güdür. Bele qərardad qəbul etməklə hakimlər ölkədaxili proseduraları keçmək müddətini iki dəfəyə qədər uzada bilirlər və bu zaman ölkə məhkəmələrini ağılabatan müddətləri pozmaqda günahlandirmaq çətin olur.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası prosessual qaydalara tam riyayət etməklə şikayətin Avropa Məhkəməsinə təqdim edilməsində israrlıdır. Sonrakı məhkəmə proseslərində hansı qərarın qəbul olunmasından asılı olmayaraq Avropa Məhkəməsinə şikayət təqdim ediləcəkdir. Səbayel rayon məhkəməsinin hakimi prosessual müddətləri pozmaqla təşkilatin effektiv məhkəmə müdafiəsi hüququnu pozmuşdur.
VƏHML informasiya xidməti
|