AZ - EN

 
 
  Haqqımızda
 
  Layihələr
  Donorlar
 
  Nizamnamə
 
  Əlaqə
 
  Sənədlər
 
  Əmək qanunverciliyi
  Qanunlar
 
  Qərarlar
 
  Qaydalar
 
  Nümunə sənədlər
 
  Beynəlxalq normalar
 
  Məruzə və məqalələr
 
  Nəşrlər
 
  Linklər
 
  Foto qaleriya
 
  Monitorinq
 

 

  Elanlar
 
 

 

  Sorğu
 
 
Əmək qanunvericiliyinə dair məlumatınız nə səviyyədədir?

Pis
Yaxşı
Orta
Məlumatım yoxdur
 



 

 
  Strateji məhkəmə çəkişməsi davam edir
25.05.2007

24 may 2007-ci il tarixində Hacıqabul rayon Məhkəməsində hakim Elxan Əmrəliyevin sədrliyi ilə  Gülsüm Məmmədovanın  və başqalarının bp Azərbaycan şirkətinə, Dövlət Neft Şirkətinə və Dövlət Torpaq və Xəritəcəkmə Komitəsinə qarşı “Torpağa olan mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması, istifadə imkanı verilməməsi nəticəsində dəymiş zərərin kompensasiya edilməsi və əldən çıxmış faydanın ödənilməsinə dair ” iddiası üzrə məhkəmə prosesi davam etmişdir.

Xatırladırıq ki, məhkəmə 15 nəfər Hacыqabul rayon Rəncbər kənd sakininin iddiası əsasыnda həyata keçirilir və iddiaçıların mudafiəsini Vətəndaşların Əmək Huquqlarını Mudafiə Liqası (Citizens` Labor Rights protection league) həyata kecirir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin nümayəndəsi növbəti dəfə məhkəmə iclasına gələ bilmədiyi uçün məhkəmə yalniz vəsadətlərin müzakirəsi ilə kifayətlənmişdir.

Rəncbər kəndinin torpaq mülkiyyətcilərinin numayəndəsi Əlman Məmmədov vəsadətlə çıxış edərək bildirmişdir ki, 2003-cü il tarixində 2 nəfər bp nümayəndəsi kəndə gələrək kənd icra nümayəndəsinin müavini ilə birgə mülkiyyətçiləri bp şirkəti ilə mügavilə bağlamağa məcbur etmişdir. Mülkiyyətçilərin əksəriyyəti latın grafikasını oxuya bilmədiyi üçün sənədi onun mətni ilə taniş olmadan imzalamışdır. Sənədi oxuyanlar müqavilənin yalnız qadağalardan ibarət olduğunu görüb ona imza atmaqdan imtina etmişlər. Lakin sonradan onlar təzyiqlərə məruz qalaraq müqaviləni imzalamağa məcbur olmuşlar. Bp nümayəndəsi əks halda torpağın onlardan alınacağını bildirmişdir. Lakin sonradan müqavilənin surəti mülkiyyətçilərə təqdim olunmamışdır.

17 may 2007-ci il tarixində keçirilən məhkəmə iclasında bp-ni təmsil edən hüquqşünaslar belə bir sənədin mövcud olduğunu inkar etmişdir. Əlman Məmmədov həmin səxslərin adlarını və mobil telefonlarını məhkəməyə təqdim etmişdir. Iddiaçıların qanuni nümayəndəsi Sahib Məmmədov da vəsadəti dəstəklədiyini bildirmişdir. BP nümayəndələrinin etirazına baxmayaraq vəsadət təmin olunmuşdur.

 

Növbəti məhkəmə iclası 05 iyun 2007-ci il tarixində saat 14.00-da başlanacaqdır.

 

 

VƏHML  İnformasiya Xidməti

 


 


  Qısa xəbər
 
 

 

© Copyright Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası - www.clrpl.org
Site by NurD Design

return_links(); ?> return_links(); ?>