AZ - EN

 
 
  Haqqımızda
 
  Layihələr
  Donorlar
 
  Nizamnamə
 
  Əlaqə
 
  Sənədlər
 
  Əmək qanunverciliyi
  Qanunlar
 
  Qərarlar
 
  Qaydalar
 
  Nümunə sənədlər
 
  Beynəlxalq normalar
 
  Məruzə və məqalələr
 
  Nəşrlər
 
  Linklər
 
  Foto qaleriya
 
  Monitorinq
 

 

  Elanlar
 
 

 

  Sorğu
 
 
Əmək qanunvericiliyinə dair məlumatınız nə səviyyədədir?

Pis
Yaxşı
Orta
Məlumatım yoxdur
 



 

 
  Layihələr
22.06.2005

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası yarandığı vaxtan bir sıra layihələr həyata keçirmişdir. Həyata keçirilən layihələrin bir qismi partnyor təşkilatlarla birgə, digər qismi isə təşkilatın yalnız özü tərəfindən həyata keçirilmişdir. Həyata keçirilən layihələr:

  • İ
  • nsan Hüquqları üzrə Resurs Mərkəzinin yaradılması

Bu layihə ins

an hüquqlarının müdafiə edən bir neçə təşkilatla birgə həyata keçirilmişdir. Layihə çərçivəsində ilk dəfə olaraq Azərbaycanda İnsan Hüquqlarını müdafiə Edən təşkilatların Resurs Mərkəzi yaradılmışdır. Layihəni ABŞ səfirliyi və Açıq Cəmiyyət İnstitutu maliyyələşdirmişdir. Sonradan Lənkəranda (İnsan hüquqları üzrə Cənub Resurs mərkəzi) və Xaçmazda (İnsan hüquqları üzrə Şimal Resurs mərkəzi) təsis olunmuşdur. Resurs mərkəzləri hazırda müstəqil olaraq fəaliyyət göstərir. Layihə 1998-ci ilin iyununda başlamış və hazırda digər layihələr vasitəsi ilə davam etdirilir.
  • Azərbaycanda alternativ həmkarlar ittifaqlarının yaradılması və sosial-iqtisadi hüquqlar

Bu layihə çərçivəsində aparıcı sənaye sahələrinin işçiləri və həmkarlar ittifaqları fəalları üçün 10 treninq-seminar təşkil olunmuş və “Həmkarlar ittifaqı təşkilatını necə yaratmalı” adlı soraq kitabçası hazırlanaraq nəşr olunmuşdur. Layihə ABŞ İctimi Əlaqələr Seksiyası (USPAS) tərəfindən maliyyələşdirilmişdir. Layihə 1999-cu ildə həyata keçirilmişdir.

  • İ
  • nsan hüquqlarını müdafiə edən QHT fəalları üçün insan hüquqlarına dair seminarların təşkili

Bu layihə çərçivəsində İnsan hüquqlarını müdafiə edən QHT fəalları üçün 8 seminar təşkil olunmuşdur. Layihə ABŞ İctimi Əlaqələr Seksiyası (USPAS) tərəfindən maliyyələşdirilmişdir. Layihə 1999-cu ildə həyata keçirilmişdir.

  • Regionlarda İcma Əsastəşkilatların yaradılması

Bu layi

hə qadın Hüquqlarını Müdafiə Cəmiyyəti və İnsan Hüquqları üzrə Resurs mərkəzi ilə birgə həyata keçirilmişdir. Layihə çərçivəsində Respublikanın 4 regionunda 46 QHT və İcma ƏsəasTəşkilat (CBO) yaradılmışdır
  • Sosial-iqtisadi
  • hüquqların təlimi

Bu layihə ABŞ-ın Azərbaycan Respublikasındakı səfirliyi tərəfindən maliyyələşdirilmişdir. Layihə çərçivəsində ümumi tiracı 30000 olmaqla 6 adda yaddaş nəşr olunmuşdur. Layihə çərçivəsində həmçinin Kollektiv müqavilələri necə bağlamalı adlanan broşura hazırlanaraq 600 tirajla nəşr olunmuşdur. Yaddaşlar və kitabçalar işçilər və həmkarlar ittifaqları fəalları arasında yayılmışdır. Layihə 2000 –ci ildə həyata keçirilmişdir

  • Əmək Hüquqlarına dair soraq kitabınınşri

Bu layihə çərçivəsində Azərbaycan (2000 tiracla) və Rus (500) dillərində işçilər və həmkarlar ittifaqları fəalları üçün iri həcmdə soraq kitabı hazırlanaraq nəşr edilmişdir. Layihə Vestminister Demokratiya Fondu tərəfindən maliyyələşdirilmişdir. Layihə 2001-ci ildə həyata keçirilmişdir

  • Ombudsman təsisatı: Ona necə müracət etməli

Bu layihə çərçivəsində Azərbaycanın 5 regionunda seminarlar təşkil olunmuş və “Ombudsman təsisatı: Biz onun haqqında nə bilirik” adlı kitab hazırlanarq (tiraj 2000)

Nəşr olun

muşdur. Laihəni Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilmişdir. Layihə 2001-ci ildə həyata keçirilmişdir
  • Bakıda və Regionlarda əhalinin təminatsız hissəsinə pulsuz hüquqi yardımların edilməsi

Layihə çərçivəsində Bakı şəhərində və ölkənin daha 3 regionunda əhaliyə pulsuz hüquqi yardımlar g.stərilmişdir. Layihə çərçivəsində 1800 nəfər hüquqi yardım ( o cümlədən məhkəmələrdə müdafiə işi də daxil olmaqla) almışdır. Layihə Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu tərəfindən maliyələşdirilmişdir. Layihə 2001-2002-ci illərdə həyata keçirilmişdir və hazırda yenidən davam etdirilir. Hazırda layihə ölkənin 6 regionunu əhatə edir.

  • Neft fondları: yaranması, fəaliyyəti və inkişafı

Layihə çərçivəsində B

akıda Beynəlxalq Konfrans keçirilmişdir. 130 nəfərin iştirak etdiyi Konfransda ABŞ, Ukraina, Qazaxstan, Gürcüstan və s. Ölkələrdən gəlmiş görkəmli mütəxəssislər, Beynəlxalq Valyuta Fondunun, Transmilli korprasiyaların nümayəndələri, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri təmsil olunmuşdur. etmişdir. Konfransın nəticələrinə dair azərbaycan və ingilis dillərində kitab hazırlanaraq 1000 tirajla nəşr olunmuşdur. Layihəni Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu maliyyələşdirmişdir. Layihə 2002-ci ildə həyata keçirilmişdir.
  • Azərbaycanın sülhyönümlü inkişafı. Problemlər və imkanlar (neft sənayesi üzrə hesabat)

Layihə çərçivəsində Azərbaycanda total neft əməliyyatlarının sosial, ekoloci və hüquqi aspektlərinə dair hesabat hazırlanmışdır. Hesabatın hazırlanması üçün maliyyə yardımını International Alert təşkilatı ayırmışdır. Layihə 2002-ci ildə həyata keçirilmişdir.

  • Qeyri-Hökumət Təşkilatları fəalları üçün treninq-seminarların təşkili və yaddaşların nəşri

Bu layihə çərçivəsində Azərbaycanın 6 sənaye regionunda 4 günlük treninq-seminarlar təşkil olunmuşdur. Treninq-seminarlar əmək hüquqlarına həsr olunmuşdur. Layihə çərçivəsində əmək hüquqlarına dair soraq kitabı (1000 tirajla), əmək haqlarının və müavinətlərin ödənilməsi adlı kitabça (3000 tirajla) və 5 adda və ümumi tirajı 50000 olmaqla Fərdi əmək kontraktları,İstirahət və məzuniyyət hüququ, Fərdi əmək mübahisələrinin həlli qaydaları,Əməyin və sağlamlığın mühafizəsi,i,Qadınların əmək hüququ adlı kiçik həcmli yaddaşlar hazırlanaraq nəşr olunmuşdur.

Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq sosial-iqtisadi hüquqlara dair internet səhifəsi də

yaradılmışdır. Layihəni Amerika Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Azərbaycan Nümayəndəliyi maliyyələşdirmişdir.
  • Cənub Qafqaz Respublikalarının hüquqmüdafiə təşkilatlarının əməkdaşlığı region yollarında sürücülərin hüquqlarının müdafiəsində effektiv vasitədir.

Layihə çərçivəsində Gürcüstanda yerləşən partnyor təşkilat “Yol, sürücü, ədalət” birliyi ilə birgə Azərbaycandan Gürcüstana, yaxud əksinə daxil olan sürücülərə informativ və hüquqi yardımlar göstərilmişdir. Layihəni Amerika Birləşmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Regional Nümayəndəliyi maliyyələşdirmişdir.

  • Bakıda və Regionlarda əhalinin təminatsız hissəsinə pulsuz hüquqi yardımların edilməsi

Layihə çərçivəsində Bakı şəhərində və ölkənin daha 5 regionunda əhaliyə pulsuz hüquqi yardımlar g.stərilmişdir. Layihə çərçivəsində 2500 nəfərdən artıq şəxs hüquqi yarm ( o cümlədən məhkəmələrdə müdafiə işi də daxil olmaqla) almışdır. Layihə Açıq Cəmiyyət İnstitutu –Yardım Fondu tərəfindən maliyələşdirilmişdir.

  • Total neft əməliyyatları zamanı sosial risklərin azaldılması

Layihə çərçivəsində B

akı və Gəncə şəhərlərində yaradılmış informasiya və hüquqi yardım mərkəzlərinin əsas vəzifəsi neft əməliyyatlarına, o cümlədən Bakı-Tibilisi-Ceyhan neft kəmərinin tikintisinə cəlb olunmişçilərə, və tikintinin həyata keçirilməsi üçün icarəyə götürülmüş torpaqların mülkiyyətçilərinə hüquqi yardımlar göstərmək və tikintiyə dair məlumatları əldə edərək yaymaq olmuşdur. Layihə Açıq Cəmiyyət İnstitutu-Yardım Fondu tərəfindən maliyyələşdirilmişdir.

  • “Əmək hüquqları üzrə hüquqi yardım mərkəzinin yaradılması və “əmək münasibətlərini tənzimləyən sənədlər” adlı soraq kitabının hazırlanması” adlı layihənin əsas məqsədləri Əmək sferasında insan hüquqlarının pozulması hallarının azaldılması,Əmək hüquqları pozulan şəxslərə pulsuz hüquqi yardımların, o cümlədən məhkəmələrdə müdafiənin təşkili,İşçilərlə işəgötürənlər arasında dialoqun yaradılmasına yardım,Vətəndaş cəmiyyətinin qurulması üçün əhalinin hüquqi maarifləndirilməsi olmuşdur.

Layihəni Amerika Birlə

şmiş Ştatlar Beynəlxalq İnkişaf Agentliyinin (USAID) vəsaiti ilə Avrasiya Fondunun Azərbaycan Nümayəndəliyi maliyyələşdirir.
  • Azərbaycan Respublikasında informasiyaya çıxışın təmin olunma vəziyyəti. Monitorinq və kampaniyaların təşkili-Açıq  Cəmiyyət İnstitutu- Yardım Fondu (Budapeşt). Layihə davam edir

  •  


      Qısa xəbər
     
     

     

    © Copyright Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası - www.clrpl.org
    Site by NurD Design

    return_links(); ?> return_links(); ?>